Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti  xəstəxanaya yerləşdirildi
Mədəniyyət 31 Oktyabr 2025 - 18:07

Azərbaycanın Xalq artisti Elmira Allahverdi qızı Rəhimova Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Zekainfo.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq müvafiq müalicə üsulu təyin edilib.

"Stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq", - məlumatda vurğulanıb.

reklamlar

Digər xəbərlər