
İdman
13:21, 20 Oktyabr 2025
Amerikalı qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib.
Zekainfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb. Naroditskinin noyabrın 9-da 30 yaşı tamam olacaqdı.
Qeyd edək ki, əslən Azərbaycan yəhudisi olan Daniel Naroditski 1995-ci ildə ABŞ-da dünyaya gəlib. Valideynləri 80-ci illərdə Bakıdan ABŞ-yə köç ediblər.