Azərbaycanla oyundan əvvəl Fransa yığmasının heyətində dəyişiklik

Azərbaycanla oyundan əvvəl Fransa yığmasının heyətində dəyişiklik
İdman 07 Oktyabr 2025 - 09:56

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib.

Zekainfo.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Fransanın PSJ klubundan heyətə cəlb edilən Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu "Lill"də çıxış edən Florian Toven əvəzləyib.

Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.

reklamlar

Digər xəbərlər