QHT sədri Cəmilə Çiçək Milli Məclisin deputatı ilə görüşüb - FOTO

QHT sədri Cəmilə Çiçək Milli Məclisin deputatı ilə görüşüb - FOTO
Cəmiyyət 13 Oktyabr 2025 - 09:47

Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı əsasən sosial problemlərin həlli və idmanla bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib.

Zekainfo.az xəbər verir ki, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Zekainfo.az saytının təsisçisi və baş redaktoru tanınmış jurnalist, tədqiqatçı-filoloq Cəmilə Çiçək (İsbəndiyarova) Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili Ülvi Quliyevlə görüşüb.

Vətəndaşların qəbuluna təsadüf edən qəbul zamanı öz seçiciləri ilə yanaşı, ictimaiyyətin fərqli nümayəndələri ilə səmimi görüşən millət vəkili Ülvi Quliyev bəzi müraciətləri yerindəcə həll edilməsi istiqamətində işlər aparıb. Eyni zamanda həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

İctimai fəal Cəmilə Çiçək millət vəkili Ülvi Quliyevlə görüşü zamanı ölkə parlamentində gənclər siyasəti və idmanla bağlı qəbul edilən qanunlar, eləcə də həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi istiqamətində ölkəmizdə aparılan geniş humanitar siyasət haqqında fikir mübadiləsi aparıb.

Səmimi söhbət zamanı Cəmilə xanım vaxtilə Ülvi bəyin mərhum atası, görkəmli filoloq alim Zahid Quliyevin tələbəsi olmasını sayğıyla xatırladıb, eyni zamanda fəxrlə bildirib ki, humanitar düşüncəmizdə xüsusi mövqeyi ilə seçilən pedaqoqun sevimli tələbələrindən olub.

Söhbət zamanı millət vəkili möhtərəm Prezident İlham Əliyevin xarici və daxili siyasətindəki uğurları xüsusi olaraq vurğulayaraq ölkəmizin dünyada mövqeyinin get-gedə gücləndiyini söyləyib.

QHT sədri Cəmilə Çiçək Azərbaycanda vətəndaş təsisatlarının ümumi durumu haqqında məlumat verib, belə görüşlərin vacibliyini vurğulayaraq QHT sektoru, gənclər, ictimai fəallıq və sosial siyasətlə bağlı təkliflərini səsləndirib.

 

 

Səfər Şakiroğlu

Tədqiqatçı-jurnalist, MDTDİB-nin üzvü

reklamlar

Digər xəbərlər