
Gündəm
13:41, Bugün
Hərbi prokuror Bəhruz Əhmədov Vətən müharibəsinin beşinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.
Bu barədə Zekainfo.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.
Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.
Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb