
Təhsil
13:17, 08 Oktyabr 2025
2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.
Bu barədə Zekainfo.az-a MÜTDA-dan məlumat verilib.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.