Sülh gündəliyinə Azərbaycanın effektli təsir göstərəcəyi realdır

Sülh gündəliyinə Azərbaycanın effektli təsir göstərəcəyi realdır
Siyasət 16 İyul 2025 - 18:04

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səylər beynəlxalq aləmdə  müsbət dəyərləndirilib. Hətta Rusiya tərəfi də belə addımları alqışladığını bəyan edib. Təbii ki, Şimal qonşumuzun səmimiyyətinə inanmaq mükün deyil. Çünki erməniləri bu regiona  köçürəndə və Qarabağ münaqişəsinin alovlandıranda Rusiya olub. Şübhə etmirəm ki, Cənubi Qafqazda sülh prosesinə mane olmaq üçün bu ölkə yenidən nələrisə etmək istəyəcək. Amma antisülh cəhdlərinin nəticə verəcəyi real deyil. Çünki dünyanın siyasi arxitekturasının sürətlə dəyişməsi nəticəsində Rusiya Ukrayna bataqlığında  daha ağır aqibətlə üzləşə bilər. Digər tərəfdən bu ölkənin Cənubi Qafqaza təzyiq və təsir rıçaqları tamamilə azalıb. Məhz belə məqamda Rusiyanın bölgəni  təsir dairəsində saxlamaq, Zəngəzur dəhlizinə nəzarəti əldə etmək üçün cəhdlərinin fayda verəcəyi inandırıcı deyil.

Amma, lakin o inandırıcıdır ki, qonşu İranın bəzi mühafizəkar dairələri Zəngəzur dəhlizinin açılmasını beyinlərinə yaxın buraxmırlar.   Baxmayaraq ki, islahatçı prezident Məsud Pezeşkian belə strateji dəhlizin açılmasına daha loyal və təmkinli yanaşır. İranın Ermənistandakı erməni baş səfiri  isə kimlərinsə diktəsilə, bütün diplomatik etiket qaydalarını pozaraq  sərsəm fikirlər səsləndirir.  Təbii ki, regiona  və dünyanın böyük bir coğrafiyasına  sabitlik gətirəcək, iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək layihələrin qarşısını almaq mümkümsüzdür. Digər tərəfdən görünən odur ki,  Ermənistanla Azərbaycan arasında istər sülh danışıqları, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsi həm qardaş Türkiyə, həm də ABŞ-la koordinasiya olunur. Həmçinin regional güç mərkəzinə çevrilən Azərbaycanın sülh gündəliyinə effektli təsir göstərəcəyi  realdır.  


Əkrəm Bəydəmirli    


reklamlar

Digər xəbərlər