Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir

Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Dünya 16 İyul 2025 - 18:02

İsrail hökumətinin başçısı Binyamin Netanyahu Suriyanın Əs-Süveyda bölgəsində və cənub-qərbində vəziyyətin gərginləşməsi fonunda İsraildən olan druzlara müraciət edib.

Zekainfo.az-ın məlumatına görə, Netanyahu bu barədə “X” sosial şəbəkəsində yazıb.

"Əziz həmvətən druzlar, İsrail vətəndaşları, Suriyanın cənub-qərbindəki Əs-Süveydada vəziyyət çox ciddidir. İsrail Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri fəaliyyət göstərir, digər qüvvələr də cəlb olunub. Biz druz qardaşlarımızı xilas etmək və quldur rejim dəstələrini məhv etmək üçün çalışırıq", - Netanyahu qeyd edib.

O, hazırkı şəraitdə Suriya ilə sərhədi keçməyin son dərəcə təhlükəli olduğunu vurğulayıb: "Siz həyatınızı riskə atırsınız. Buna görə də sizdən xahiş edirəm, evlərinizə qayıdın, İsrail Müdafiə Qüvvələrinin fəaliyyət göstərməsinə imkan verin".

reklamlar

Digər xəbərlər