Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib
Cəmiyyət 16 İyul 2025 - 16:17

Polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizi sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər davam etdirilir.

Zekainfo.az xəbər verir ki, son tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını xüsusi tullantı qablarından kənar ərazilərə atdığı müəyyən olunub. Qeyd olunan hüquqpozmalara görə ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, bu kimi tədbirlərin əsas məqsədi sahilyanı zonalarda ekoloji tarazlığın qorunması və ictimaiyyətin ətraf mühitə daha məsuliyyətli yanaşmasının təmin edilməsidir.

reklamlar

Digər xəbərlər