
İdman
15:31, 20 İyun 2025
Berlinlilər suyun keyfiyyətinin yaxşılaşdığını və şəhər yerlərində
istilərin yüksəldiyini əsas gətirərək, Şpredə üzməyə qoyulan 100 illik qadağanı
aradan qaldırmaq istəyirlər.
Berlin şəhərinin insanları xəstələdə biləcək qədər çirkli olduğu üçün
Şpre çayında üzməyi qadağan etdikdən bir əsr sonra üzgüçülər suya qayıtmaq üçün
lobbiçilik edirlər.
Çərşənbə axşamı, Berlin-Mitte rayonunda, məşhur Muzey adası boyunca,
təxminən 200 nəfər yaşılımtıl, yavaş-yavaş axan suya atıldı və bunun yalnız
kifayət qədər təmiz olmadığını, həm də üzmək və ətrafa sıçramağın çox əyləncəli
olduğunu nümayiş etdirdi.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az