
Tamamilə yönünü itirmiş. Koh-Lanta-nın sondan əvvəlki
çağırışı: Dörd ölkənin qisası, qaçırılmaz səmti müəyyən etmə yarışı, TF1
şousunun bəzi macəraçılarını sınaqdan keçirdi. Xüsusilə Jérôme des Landes.
Claire, Gaëlle, Jérôme des Landes, Jérôme le
Catalan və Maelin bu epizodda yalnız bir məqsədi var idi: qələbə qazanmaq, gələn
həftə "qütblər"ə vəsiqəni qazanmaq.
Beş müsabiqə iştirakçısı əvvəlcə təbii bir işarə
(qara qaya, bükülmüş kök və ya ildırım vuran kötük) tapmalı idilər ki, bu da
onlara marker tapmağa imkan verəcək. Bu markerdə bir istiqamət və xəncərə
aparan bir sıra addımlar var idi. Bu son addım problemdə qələbəni təmin edəcək.
Kataloniyalı Jerom qiymətli əşyanı cəmi 50 dəqiqə ərzində
tapsa da, onun rəqibi Jérôme des Landes daha az şanslı idi.
Tərcümə edəni İnci Yusifqızı/Zekainfo.az