
Bu, audiovizual qrupu ilə Amerika platforması
arasında bir ilkdir. Fransız Netflix abunəçiləri tezliklə TF1 qrup kanallarına
canlı və təkrar çıxışda, eləcə də yalnız TF1+ üçün hazırlanmış məzmuna
platformaları dəyişmədən daxil ola biləcəklər. İki şirkət bu görünməmiş tərəfdaşlığı
çərşənbə günü, iyunun 18-də elan etdi.
Bu müqavilənin müddəti və qiyməti məlum deyil,
lakin o, "2026-cı ilin yayından" qüvvəyə minəcək, TF1-in
press-relizində deyilir. Buna görə də Netflix abunəçiləri seriallara, şoulara,
oyunlara və idman tədbirlərinə baxmaq üçün beş TF1 qrup kanalına (TF1, LCI,
TMC, TFX və TF1 Series filmləri) birbaşa daxil ola biləcəklər.
Bu, Netflix-dən birbaşa giriş olacaq ki, bu da
onlara TF1+ platformasında eksklüziv məzmundan istifadə etməyə imkan verəcək.
Tərcümə edəni İnci Yusifqızı/Zekainfo.az