Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb

Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb
Cəmiyyət 20 Avqust 2025 - 12:03

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Bildirilib ki, valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcəkdir.

Qeyd edək ki, sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.

Nəzərinizə çatdırmaq istəyirik ki, şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək, şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.

reklamlar

Digər xəbərlər