Prezidentdən yeni icra başçısına irad: "Sən yaşca kiçiksən, orada otur" (VİDEO)

Prezidentdən yeni icra başçısına irad: "Sən yaşca kiçiksən, orada otur" (VİDEO)
Gündəm 05 Mart 2020 - 17:20

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Trend-in məlumatına görə, Neftçala Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Mirhəsən Seyidov kabinetə daxil olarkən Prezidentə yaxın əyləşmək istəyib.

Prezident İlham Əliyev Mirhəsən Seyidova irad tutub.

O deyib: "Sən yaşca kiçiksən, orada otur".

Daha sonra Mirhəsən Seyidov yerini İsmayıllı Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Nahid Bagırova verib.

reklamlar

Digər xəbərlər