Siyasət
15:39, Bugün
Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov qurumun 109-cu Rouz-Rotseminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.
Seminar çərçivəsində Moldovanın Avro-Atlantik məkanında gələcəyi, mürəkkəb strateji mühitdə dayanıqlılığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfər oktyabrın 8-də başa çatacaq.