"Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

"Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
Gündəm 21 Sentyabr 2023 - 17:48

"Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib".

"Unikal"xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər:

"Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarıni ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik. Amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın", - deyə ekspert vurğulayıb.

reklamlar

Digər xəbərlər