Hakan Fidan Bakıdadır - Bayramovla görüşdü

Hakan Fidan Bakıdadır - Bayramovla görüşdü
Siyasət 15 Sentyabr 2026 - 13:17

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Zekainfo.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

Bildirilib ki, səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir.

Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.

reklamlar

Digər xəbərlər