Bu gün Azərbaycan və Litva arasında münasibətlərdə tarixi gündür.
Zekainfo.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional və beynəlxalq məsələlər müzakirə edilib.
Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər tarixən açıq dialoq və qarşılıqlı hörmət əsasında qurulub, siyasi dialoq isə liderlər səviyyəsində hər zaman yüksək səviyyədə olub:
"Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gündür. 2007-ci ildə ölkələrimiz arasında ilk çərçivə sənədi imzalanmışdı, bu gün isə artıq Azərbaycan-Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannaməni imzaladıq".