Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi

Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
Cəmiyyət 25 Noyabr 2026 - 12:26

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, Azərbaycanın rayonlarında isə gecə bəzi yerlərdə az yağıntı olacağı gözlənilir.

Zekainfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda və yarımadada havanın temperaturu gecə 5-8, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə az yağıntı ehtimalı var. Gecə və səhər saatlarında ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2 dərəcəyədək şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, gündüz isə 5-10 dərəcə isti proqnozlaşdırılır.

reklamlar

Digər xəbərlər