Lavrovla birgə Dövlət Dumasındakı mandatlarından imtina etdilər

Lavrovla birgə Dövlət Dumasındakı mandatlarından imtina etdilər
Dünya 29 Sentyabr 2026 - 19:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı mandatından imtina edib.

Zekainfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata görə, S.Lavrov, eləcə də Moskvanın meri Sergey Sobyanin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova və hərbi jurnalist Yevgeniy Poddubnıy “Vahid Rusiya” partiyasından Dövlət Dumasındakı deputat mandatlarından imtina ediblər. 

Xatırladaq ki, Rusiyada Dumaya seçkilər sentyabrın 18-dən 20-nə qədər keçirilib.

reklamlar

Digər xəbərlər