ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən Rusiyadakı neft emalı zavodlarına zərbələrin intensivliyini azaltmağı xahiş edib.
Zekainfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp İllinoys ştatında jurnalistlərə açıqlamasında bildirib.
“Bu, maraqlı problemdir. Mən Prezident Zelenski ilə danışdım və ona neft emalı zavodlarına daha az zərbə endirməli olduğunu dedim”, - o söyləyib.
ABŞ liderinin sözlərinə görə, Zelenski bu xahişə müsbət cavab verib: “Zelenski “biz yəqin ki, belə də edəcəyik” dedi”.
Bununla belə, Tramp bu mövzuda söhbətin nə vaxt baş tutduğunu açıqlamayıb. Ağ Ev administrasiyasının rəhbəri dünyada dizel yanacağının çatışmazlığına Yaxın Şərqdəki hadisələrin deyil, məhz bu zərbələrin səbəb olduğunu qeyd edib.