Şahzadə Diananın məşhur “qisas paltarı” rekord məbləğə satışa çıxarılır.
Zekainfo.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Britaniyalı modelyer Kristin Stambolianın hazırladığı, ürək formalı kəsiyi olan paltar dekabr ayında “Sotheby's” hərracına çıxarılacaq. Geyim 110-220 min funt sterlinq (253-506 min AZN) dəyərində qiymətləndirilir.
Satışdan əldə edilən gəlirin bir hissəsi Kral Edinburq Xəstəxanası adından əlavə qulluq, avadanlıq və layihələrin maliyyələşdirilməsi ilə məşğul olan “NHS Lothian Charity” xeyriyyə təşkilatına veriləcək.
Geyimlə birlikdə Şahzadə Diana və dizayner Stambolian tərəfindən imzalanmış kataloq nüsxəsi də hərraca çıxarılacaq.
Qeyd edək ki, şahzadə Diananın bir tədbirə geyindiyi “qisas paltarı” 1994-cü ildə məşhurluq qazanıb. Bundan bir müddət əvvəl Kral III Çarlz (həmin vaxt Şahzadə Çarlz - red.) uzun müddətdir Kamilla Parker-Boulzla münasibətdə olduğunu etiraf edərək açıq müsahibə vermişdi. Stilist Enn Harvi Diananın həmin axşam xüsusi görünmək istədiyini, buna görə də son anda bu paltarı geyinmək qərarına gəldiyini söyləmişdi.