Aparıcı Elgiz efirə qayıtdı - İnsanları evləndirəcək

Aparıcı Elgiz efirə qayıtdı - İnsanları evləndirəcək
Şou biznes 08 Sentyabr 2026 - 08:44

ARB TV ilə yollarını ayıran aparıcı Elgiz Əkbər yeni layihəsini yutubda təqdim edib.

Zekainfo.az xəbər verir ki, “Şadlıq olsun” adlı proqram bu gündən yayıma başlayıb.

Elgiz bildirib ki, sosial mövzulu layihə çərçivəsində ehtiyacı olan, evlənmək istəyən insanlara yardım göstəriləcək. Aparıcı yeni proqramı ilə sosial problemlərə diqqət çəkməyi və imkan daxilində insanlara dəstək olmağı qarşısına məqsəd qoyduğunu deyib.

"Qeyri-etik insanların burada yeri olmayacaq. İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Televiziya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui istifadə etdik", - deyə Elgiz söyləyib.

reklamlar

Digər xəbərlər