Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünya 26 Avqust 2026 - 16:32

İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub.

Zekainfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi yayıb.

S.Sarkisyan ölkənin digər eks-prezidenti Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı başladılan cinayət işində iştirak edir.

Xatırladaq ki, avqustun 25-də Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağı cinayət işləri başladılıb. O, dünən saxlanılıb və hazırda səhhətinin pisləşməsi səbəbindən xəstəxanadadır. İş üzrə R.Koçaryanın böyük oğlu Sedrak barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

reklamlar

Digər xəbərlər