Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi
Siyasət 12 Avqust 2026 - 11:37

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Zekainfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, E.Sultanov 2021-ci ildən bu vaxta qədər Azərbaycanın Latviyada səfiri vəzifəsində çalışıb.

reklamlar

Digər xəbərlər