Böyük Şor gölündən Dərnəgül istiqamətində hərəkət zamanı yolun beton panellərinin altından su sızdığı müşahidə olunur.
Zekainfo.az xəbər verir ki, su axınının torpağı yuması nəticəsində panellərin altında boşluqlar yaranıb və bu vəziyyət yolun çökməsi ilə bağlı risk yaradır.
Qeyd edək ki, yol təxminən 2023-2024-cü illərdə salınıb. Tikinti zamanı qrunt və kanalizasiya sularının uzaqlaşdırılması üçün ərazidə drenaj sisteminin qurulduğu bildirilsə də, hazırkı mənzərə həmin sistemin effektivliyi ilə bağlı suallar doğurur.
Ərazidə diqqət çəkən digər problem isə beton panellərin üzərindəki üzlüklərin qoparaq tökülməsidir. Daha əvvəl də bu barədə məlumat verilmiş, küləyin təsiri ilə qopan hissələrin avtomobillər üçün təhlükə yaratdığı qeyd olunmuşdu. Buna baxmayaraq, problemin hələ də aradan qaldırılmadığı görünür.