Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
Cəmiyyət 07 Avqust 2026 - 17:47

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı yaşıllıqların qanunsuz məhv edilməsi ilə bağlı yeni faktlar müəyyən olunub.

Zekainfo.az xəbər verir ki, araşdırmalar Bakı şəhəri və Zəngilan rayonu ərazisində aparılıb.

Məlum olub ki, Bakı şəhərinin Sabunçu rayonunda Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonunda Kazımağa Kərimov küçəsində, Nizami rayonunda Rüstəm Rüstəmov küçəsində, eləcə də Zəngilan rayonunun Gəyəli kəndində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 83 840 manat məbləğində ziyan dəyib.

Bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

reklamlar

Digər xəbərlər