Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı

Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
Dünya 07 Avqust 2026 - 17:43

Casusluq ittihamı ilə saxlanılan və daha sonra girov müqabilində sərbəst buraxılan iranlı dublyaj rejissoru və səs aktrisası Nilufər Həddadi vəfat edib.

Zekainfo.az xəbər verir ki, İran mediasının məlumatına görə, Həddadinin meyiti ölümündən bir neçə gün sonra evində aşkarlanıb.

Bildirilib ki, ilkin məlumata əsasən, onun ürək tutması nəticəsində öldüyü ehtimal edilir. Lakin məhkəmə-tibbi toksikoloji ekspertizasının nəticələri hələ açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nilufər Həddadi aprelin sonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Ona qarşı "düşmən dövlətlərlə əməkdaşlıq" ittihamı irəli sürülmüşdü.

reklamlar

Digər xəbərlər