Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı

Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı
Dünya 05 Avqust 2026 - 10:17

ABŞ-də 10,4 mindən çox siklosporoz hadisəsi laborator şəkildə təsdiqlənib. Bununla da ölkədə müşahidə tarixinin ən böyük parazitar xəstəlik epidemiyası qeydə alınıb.

Zekainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) məlumat yayıb.

İlkin məlumatlara görə, xəstəliyin yayılmasına səbəb Meksikadan gətirilən və Taco Bell restoranlar şəbəkəsində təqdim olunan kahı olub.

Laborator şəkildə təsdiqlənmiş hallarla yanaşı, ölkədə daha 12 255 ehtimal olunan yoluxma faktı da qeydə alınıb.

Siklosporoza Cyclospora adlı parazit səbəb olur. Parazit insan nəcisi ilə çirklənmiş qida və ya su vasitəsilə yayılır. Yoluxma ən çox çirklənmiş su ilə yuyulan meyvə və tərəvəzlərin qəbulu nəticəsində baş verir. Xəstəlik adətən həyat üçün ciddi təhlükə yaratmasa da, Miçiqan ştatında yanaşı xəstəlikləri olan iki yoluxmuş pasiyent həyatını itirib.

Siklosporozun əsas əlamətləri güclü ishal, qarında spazmlar, köp, ürəkbulanma, qaz toplanması, yüngül hərarət, iştahanın azalması və çəki itkisidir.

Baş verən epidemiya fonunda ABŞ-nin ən böyük qida məhsulları distribütorlarından biri olan Sysco Meksikadakı təchizatçılardan aysberq kahısının alışını dayandırıb.

reklamlar

Digər xəbərlər