CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb

CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Dünya 05 Avqust 2026 - 10:08

Cənubi Kaliforniyada hüquq-mühafizə orqanlarının əməkdaşları "Trump National" qolf klubunun yaxınlığında silahlı kişini saxlayıblar.

Zekainfo.az xəbər verir ki, bu barədə CNN telekanalı Los-Anceles dairəsi Şerif İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, federal agentlər qolf klubunun ərazisində olan şübhəli şəxs barədə məlumat veriblər, bundan sonra o saxlanılıb.

CNN-in federal hüquq-mühafizə orqanlarındakı mənbəyi bildirib ki, hazırda saxlanılan şəxsin ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırladığına inanmaq üçün heç bir əsas yoxdur. Bununla belə, istintaq davam edir.

Qeyd olunub ki, bu gün Donald Tramp Respublikaçılar Milli Komitəsinin tədbirində iştirak etmək üçün Los-Ancelesə səfər etməyi planlaşdırır.

Polisin məlumatına görə, saxlanılan şəxs Dauni şəhərindən olan 38 yaşlı Cenin Con Teyldir.

reklamlar

Digər xəbərlər