"Birinci həyat yoldaşımdan ayrılandan 4 ay sonra ikinci dəfə evləndim. İndi ailəmlə çox xoşbəxtəm. Həyat yoldaşım mənə elə qayğı göstərir ki, sanki balaca uşağa baxır. Bir yeməyi ağzıma qoymağı qalır. Ailəsinə son dərəcə bağlı, qayğıkeş xanımdır. Bağımızda ağaclar, güllər əkir. Evimizə girəndə elə bil cənnətə düşürsən. Xoşbəxtəm ki, qarşıma belə bir qadın çıxıb. Bu yaxınlarda 50 yaşı tamam oldu. Artıq 8 ildir evliyik. Məndən 37 yaş kiçikdir. Bütün qadınlar indi də mənə vurulur".
Zekainfo.az xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov "Həftənin qonağı" verilişində deyib. Aktyor həyat yoldaşının onu qısqandığını da etiraf edib.
"Çünki xanımlar indi də mənə "Səni sevirəm" mesajı yazırlar. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm 50 yaşım var. Məndə həmin güc də, xarakter də qalır. Özümü qoca hesab etmirəm" deyə, T.Qasımov bildirib.