Qaydanı pozan vəzifəli şəxslər cərimələnəcək

Qaydanı pozan vəzifəli şəxslər cərimələnəcək
Gündəm 23 İyun 2026 - 11:09

Daşınmaz əmlak qaydalarının pozulmasına görə  vəzifəli şəxslər cərimələnəcəklər. Bununla bağlı məsələ İnzibatı Xətalar Məcəlləsinə  təklif edilən dəyişiklikdə əksini tapıb.

Zekainfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinin  558-ci maddəsinə bu dəyişiklik təklif edilir:

558.1-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafıq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

reklamlar

Digər xəbərlər