Vətəndaşları incidən məmur işdən QOVULDU - TƏFƏRRÜAT 

Vətəndaşları incidən məmur işdən QOVULDU - TƏFƏRRÜAT 
Xəbər 16 Aprel 2026 - 09:33

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib. 

Zekainfo.az "Unikal”a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb.

Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir.

Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub. 

Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

reklamlar

Digər xəbərlər