Xəbər
17:31, 15 Aprel 2026
Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Zekainfo.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.
Qanunun tam mətni ilə buradan tanış ola bilərsiniz.
Dövlət başçısı "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.