Saatlıda narkotik çəkib sükan arxasına keçən sürücülər SAXLANILDI - FOTO

Saatlıda narkotik çəkib sükan arxasına keçən sürücülər SAXLANILDI - FOTO
Xəbər 11 Aprel 2026 - 10:00

Saatlı rayonunda nəqliyyat vasitəsini narkotik və spirtli içkinin təsiri altında idarə edən sürücülər aşkarlanıb.

Zekainfo.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtomobili narkotik vasitələrin təsiri altında idarə edən şəxslər – İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıb. Tibbi müayinə nəticəsində onların narkotik vasitə olan marixuanadan istifadə etdikləri üzə çıxıb.

Faktlarla bağlı həmin sürücülər barəsində inzibati protokollar tərtib edilib.

Bundan əlavə, rayon ərazisində keçirilən profilaktik tədbirlər çərçivəsində spirtli içkinin təsiri altında sükan arxasına keçən daha 7 sürücü də müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib.

reklamlar

Digər xəbərlər