Peşəkar qələmin 50 ili: Aqil Camalın jurnalistikaya töhfələri

Peşəkar qələmin 50 ili: Aqil Camalın jurnalistikaya töhfələri
Xəbər 07 Aprel 2026 - 11:22

Bu gün sözə məsuliyyətlə yanaşan, medianın peşəkar prinsiplərinə sadiqliyi ilə seçilən jurnalist Aqil Camalın 50 illik yubileyidir.

Zekainfo.az xəbər verir ki, hörmətli Aqil bəy, fəaliyyətiniz boyunca informasiya məkanında obyektivlik, operativlik və analitik yanaşmanı prioritet tutmağınız sizi peşəkar media nümayəndəsi kimi fərqləndirib. Sizin qələminiz təkcə hadisələri çatdırmaqla kifayətlənməyib, eyni zamanda ictimai rəyin formalaşmasına təsir göstərən mühüm platformaya çevrilib.

Uzun illərə söykənən fəaliyyətiniz jurnalistikada ardıcıllıq, məsuliyyət və peşəkarlığın real nümunəsi kimi dəyərləndirilə bilər. Bu mənada, keçdiyiniz yol həm media cameəsi, həm də gənc jurnalistlər üçün praktik təcrübə və örnək xarakteri daşıyır.

50 illik həyat və fəaliyyət mərhələnizin yeni uğurlarla, keyfiyyətli media layihələri ilə davam edəcəyinə inam ifadə edirəm. Sizə möhkəm cansağlığı, davamlı yaradıcılıq enerjisi və peşəkar fəaliyyətinizdə yeni zirvələr arzulayıram.

Hörmətlə,

Cəmilə Çiçək

reklamlar

Digər xəbərlər