34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Hadisə 07 Aprel 2026 - 10:53

Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.

Zekainfo.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.

reklamlar

Digər xəbərlər