Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Zekainfo.az xəbər verir ki, görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.
Baş nazir Tomas Konietzko və Jan Zunqrana ilə görüşdü
Siyasət
11 Mart 2026 - 14:21
Digər xəbərlər
Siyasət
14:01, Bugün
Siyasət
11:18, Bugün
Azərbaycan və Özbəkistan dövlət qurumları Anlaşma Memorandumu imzaladı
Siyasət
10:38, Bugün
Suriya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
Siyasət
16:30, 10 Mart 2026
Deputatlarımız Qazaxıstanda referendumu müşahidə edəcəklər
Siyasət
12:53, 10 Mart 2026
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı
Siyasət
12:29, 10 Mart 2026