Cəmiyyət
12:10, Bugün
Quba rayonunun üç kəndinin adının dəyişdirilməsi təklif olunur.
Zekainfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif edilir.
Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunacaq.