Əli Əsədov TBMM-in komitə sədri ilə görüşüb

Əli Əsədov TBMM-in komitə sədri ilə görüşüb
Siyasət 25 Fevral 2026 - 14:34

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.

Zekainfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

reklamlar

Digər xəbərlər