Cəmiyyət
09:39, Bugün
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dumanlı hava şəraiti haqqında məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətindən Zekainfo.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.