Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi

Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
Hadisə 16 Fevral 2026 - 09:51

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Zekainfo.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

    Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

    Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

    Faktla bağlı araşdırma aparılır.

    reklamlar

    Digər xəbərlər