"İnformasiya texnologiyalarından bu və ya digər şəkildə istifadə edənlər var. Digərinin şəxsiyyətinə, şərəf və ləyaqətinə qarşı, o cümlədən böhtan kampaniyasının aparılmasının şahidi oluruq. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq bu məsələlərin qarşısının alınamsına kömək edəcək".
Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bundan ən çox əziyyət çəkənlər təqaüdçülərdir: "Təqaüdçünün son ümidini əlindən alırlar. Onların kartlarının kodlarını öyrənirlər, başqa ölkələrin ərazisində oturaraq təqaüdçülərin təqaüdlərini başqa yerlərə köçürürlər. Bunun hesabına gəlir əldə edirlər. Hesab edirəm ki, konvensiya bu məsələlərin qarşısının alınmasına yardımçı olacaq. Həmçinin, vətəndaşların xəbəri olmadan adına şirkətlər açırlar, onların xeyli vergi borcu yaranır. Bununla sənədlərin saxtalaşdırılmasının qarşısı alınacaq".