Xəbər
12:35, Bugün
Hörmətli QHT rəhbərləri,
MEDİA Reyestrində rəsmi qeydiyyatdan keçmiş, təsisçisi və rəhbəri olduğum ZƏKA İŞIĞINDA İNFORMASİYA VƏ YAYIM QRUPU MMC, eləcə də onun tabeliyində fəaliyyət göstərən www.zekainfo.az informasiya platforması qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr üçün peşəkar media dəstəyi, məqsədyönlü ictimai əlaqələr, ardıcıl məlumatlandırma və geniş yayım imkanları təqdim edir.
Media imkanlarımız sayəsində layihələrinizin ideyası, gedişi və nəticələri cəmiyyətə aydın, operativ və təsirli formada çatdırılır, ictimai tanınırlıq gücləndirilir, qurumunuzun etibarlı imici möhkəmləndirilir. Xəbər, reportaj, müsahibə və analitik materialların hazırlanması, düzgün yayım vaxtının seçilməsi və informasiya axınının əlaqəli şəkildə idarə olunması vahid konsepsiya əsasında həyata keçirilir.
QHT sektorunun ictimai əhəmiyyətinin artırılmasına xidmət edən təşəbbüslərinizdə etibarlı media tərəfdaşı olmağa hazırıq. Birgə əməkdaşlıqla fəaliyyətinizin səsini daha geniş auditoriyalara çatdıraq.
Hörmətlə,
Cəmilə Çiçək İsbəndiyarova
təsisçi və baş redaktor