Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb

Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb
Cəmiyyət 05 Fevral 2026 - 16:02

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağıb. 

Zekainfo.az xəbər verir ki, müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir.

Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.

reklamlar

Digər xəbərlər