"ABŞ və İran mövcud problemləri diplomatiya yolu ilə həll etmək istəyirlər".
Zekainfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün bütün səylərini göstərir. Ərdoğan əlavə edib ki, Vaşinqtonla Tehran arasında diplomatik proses aktiv mərhələdədir.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqları fevralın 6-da Omanda keçiriləcək. Format əvvəlki danışıqlara bənzər olacaq və Omanın vasitəçiliyi ilə keçiriləcək. İranı xarici işlər naziri Abbas Əraqçi , ABŞ-ni isə prezidentin xüsusi elçisi Stiv Vitkoff təmsil edəcək.
Fevralın 3-də İranın Ali Liderinin müşaviri Əli Şamxani Tehranın ABŞ-nin qarşılıqlı addımları müqabilində nüvə proqramını azaltmağa hazır olduğunu açıqlayıb. O, bildirib ki, Vaşinqton güzəştə getməyə hazır olarsa, İran uranın zənginləşdirilməsi səviyyəsini hazırkı 60%-dən 20%-ə endirməyi düşünür.