Sözün məsuliyyətini taleyinə çevirən ömür – Cəmilə Çiçək

Sözün məsuliyyətini taleyinə çevirən ömür – Cəmilə Çiçək
Cəmiyyət 23 Dekabr 2025 - 18:00

Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Medianın İnkişafı Agentliyi tərəfindən təqdim olunan “Mətbuatın 150 illiyi” medalı bu gün təkcə bir təltif aktı deyil, həm də uzun illər davam edən prinsipial, ardıcıl və peşəkar jurnalist fəaliyyətinin dövlət səviyyəsində etirafıdır.


Bu nüfuzlu mükafata layiq görülən tədqiqatçı-jurnalist, Prezident təqaüdçüsü, Zekainfo.az saytının baş redaktoru, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi və sədri, “Milli Zəka” elmi-ədəbi, beynəlxalq, ictimai-siyasi jurnalın təsisçisi, pedaqoq, psixoloq, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Çiçək xanım mətbuatımızın missiya daşıyıcı simalarındandır.


Bu medal, mahiyyət etibarilə, Cəmilə Çiçək xanımın illərlə davam edən məsuliyyətli jurnalist mövqeyinin, milli düşüncəyə söykənən publisistik xəttinin və cəmiyyətə xidmət edən media fəaliyyətinin institusional dəyərləndirilməsidir. O, jurnalistikaya yalnız peşə kimi deyil, ictimai öhdəlik kimi yanaşan nadir qələm sahiblərindəndir.


Cəmilə xanımın yaradıcılıq yoluna diqqətlə baxdıqda görürük ki, bu yol sadəcə informasiyanın ötürülməsi ilə məhdudlaşmır. Onun qələmində söz tərbiyə edir, yönləndirir, düşüncə formalaşdırır. Media onun üçün təsadüfi platforma deyil, milli şüurun, mənəvi dəyərlərin və ictimai məsuliyyətin daşıyıcısıdır.


Bu kontekstdə xüsusi vurğulamaq lazımdır ki, Cəmilə Çiçək əslində təkcə bu medala deyil.

O, peşəkar jurnalist fəaliyyəti baxımından “Əməkdar jurnalist”, pedaqoji və xüsusən də elmi fəaliyyətinə görə isə “Əməkdar müəllim” fəxri adlarına tam layiq olan bir şəxsiyyətdir. Onun elmi-ədəbi fəaliyyəti, gənclərlə işi, milli dəyərlərin təbliğinə verdiyi töhfələr bu baxımdan strateji əhəmiyyət daşıyır.


İnanıram ki, dövlətimizin diqqət və ədalətli qiymətləndirmə mexanizmləri çərçivəsində Cəmilə Çiçək xanımın bu ali fəxri adlara da layiq görüldüyünün şahidi olacağıq. Bu, təkcə bir şəxsin deyil, bütövlükdə dəyərə söykənən jurnalistikanın qazancı olacaq.


Eyni zamanda, onun həyat və yaradıcılıq yolunun dərin qatlarında dayanan insani məqamlar da xüsusi ehtiram doğurur. Cəmilə Çiçəyin taleyi, yaşadıqları, itkiləri və sarsıntıları onu sındırmayıb; əksinə, sözünü daha məsuliyyətli, mövqeyini daha prinsipial edib. Onun qələmindəki həssaslıq təsadüfi deyil – bu, həyatın içindən keçmiş bir ruhun səsidir.


Bu münasibətlə Cəmilə Çiçək xanımı səmimi qəlbdən təbrik edir, insan üçün həyatda ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, daxili harmoniya və davamlı yaradıcılıq uğurları arzulayıram. Qoy bu medal onun çoxşaxəli fəaliyyət yolunda yeni mərhələlərin başlanğıcı olsun! 



Hörmətıə:

Elçin Muradxanlı, 

flologiya üzrə fəlsəfə doktoru, dosent, 

AMEA - nın Nəsimi adına Diliçilik İnstitutunin şöbə müdri

reklamlar

Digər xəbərlər