Parlament Azərbaycanla Türkiyə arasında yeni sənədi ratifikasiya edib

Parlament Azərbaycanla Türkiyə arasında yeni sənədi ratifikasiya edib
Siyasət 23 Dekabr 2025 - 12:11

Milli Məclis Azərbaycanla Türkiyə arasında yeni sənədi təsdiq edib. 

Zekainfo.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

reklamlar

Digər xəbərlər