15 Dekabr – Türk dünyasının ortaq dili, ortaq gələcəyi

15 Dekabr – Türk dünyasının ortaq dili, ortaq gələcəyi
Mədəniyyət 15 Dekabr 2025 - 12:03
2025-ci il 4 noyabr tarixində Səmərqənd şəhərində keçirilmiş YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasında qəbul edilən tarixi qətnamə ilə 15 dekabrın “Dünya türk dili ailəsi günü” kimi təsbit edilməsi türk xalqlarının ortaq mədəni və mənəvi yaddaşına göstərilən yüksək beynəlxalq ehtiramın parlaq ifadəsidir. Bu qərar sadəcə rəsmi təqvim hadisəsi deyil, minilliklər boyu formalaşmış türk dil ailəsinin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və qlobal humanitar məkan daxilində layiq olduğu həlledici mövqeyə yüksəldilməsi istiqamətində atılmış mühüm institusional addımdır.
Türk dili ortaq düşüncə sistemimizin, tarixi taleyimizin və mədəni kimliyimizin əsas daşıyıcısı kimi türk xalqları arasında davamlı mənəvi körpü funksiyasını yerinə yetirir. Bu dəyərin beynəlxalq səviyyədə tanınması, müasir elmi yanaşmalarla zənginləşdirilməsi və gələcək nəsillərə ardıcıl şəkildə ötürülməsi ümumtürk məkanında ortaq məsuliyyət və uzunmüddətli strateji öhdəlik kimi qiymətləndirilməlidir.
Bu əlamətdar gün münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, dil birliyimizin möhkəmlənməsini, mədəni həmrəyliyimizin dərinləşməsini və ortaq dəyərlər ətrafında formalaşan inteqrasiya proseslərinin davamlı şəkildə güclənməsini arzulayıram. Türk dünyasının ortaq səsini və gələcək vizyonunu təcəssüm etdirən bu mənalı günümüz mübarək olsun!
Cəmilə ÇİÇƏK
AYB və AJB-nın üzvü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər