Hadisə
17:36, 16 Dekabr 2025
Naxçıvan şəhərində külli miqdarda narkotik vasitə məhv edilib.
Zekainfo.az xəbər verir ki, məhv edilmə prosesi Naxçıvan Muxtar Respublikasının (MR) ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Naxçıvan şəhərindəki xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.